Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildi
Virtualaz.org xatırladır ki, ötən ilin dekabr ayında Milli Məclis növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qaydalara dəyişiklik edib.
Bu dəyişiklik Seçki Məcəlləsində həyata keçrilib. Belə ki, Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsinin əvvəlki variantına əsasən növbədənkənar prezident seçkiləri barədə qərar verilərsə Mərkəzi Seçki Komissiyası bu seçkini elan edildikdən sonrakı 3 ay ərzində keçirməliydi. Lakin yeni varianta əsasən bu müddət iki aya (60 gün) endirilir. Yəni indiki halda prezident növbədənkənar seçkilər barədə qərar verərkən həmin dəyişikliyə əsaslanıb.
***11:10
Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Mənbə:> Virtualaz.org