Dünyanı yeni maliyyə böhranı gözləyir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dünyanı yeni maliyyə böhranı gözləyir SOROSDAN YENİ PROQNOZ

Dünyanı yeni maliyyə böhranı gözləyir

Amerikalı milyarder, rəngli inqilabların sponsoru Corc Soros mövcud qlobal siyasətin növbəti irimiqyaslı maliyyə böhranına səbəb ola biləcəyini bildirib.

Bu barədə “The Financial Times” məlumat yayıb.

Milyarderin sözlərinə görə, Avropa İttifaqı üç ciddi problemlə üzləşib: bunlar Avropaya qaçqın axını, ərazi dezinteqrasiyası və Avropa iqtisadiyyatının inkişafına əngəl olan sərt iqtisadi ölçülərdir.

“Avropa İttifaqı ekzistensial böhran yaşamaqdadır. Gözlənilən ən pis hadisələr onun başına gəlib”, - deyə Soros bildirib.

Onun sözlərinə görə, Avropanın həyati təhlükədə olması artıq sadəcə çıxışlarda səslənən fikir yox, acı reallıqdır: "Avropa qitəsinə miqrasiya təzyiqi məhdudlaşdırılmalı, Avropa İttifaqı radikal transformasiya keçməli və hətta, İttifaq ölkələri vahid valyuta istifadəsindən imtina etməlidirlər".

Soros hesab edir ki, ABŞ-ın İranla nüvə sazişindən çıxması və idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik Avropa iqtisadiyyatına, o cümlədən, Almaniyaya ağır zərbə vuracaq.

“Biz növbəti ciddi maliyyə böhranı ilə üzləşə bilərik”, - deyə Soros vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *