Sorosun Poroşenko ilə elektron yazışmaları ələ keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Sorosun Poroşenko ilə elektron yazışmaları ələ keçdi

Sorosun Poroşenko ilə elektron yazışmaları ələ keçdi


Amerikalı milyarder, məşhur birja maxinatoru və “rəngli inqilablar”ın sponsoru Corc Sorosun Ukrayna prezidenti ilə elektron yazışmaları hakerlər tərəfindən ələ keçirilib.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya kəşfiyyatına bağlı olduğu ehtimal edilən “KiberBerkut” haker qrupu Corc Sorosla Poroşenkonun elektron yazışmalarını öz saytında yaymağa başlayıb.

Məktublardan seçmələrə əsasən Soros ABŞ-ın Ukraynaya letal silahlar verməsini və Ukrayna hərbçilərinə xaricdə, məslən, Rumıniyada təlim keçilməsini təklif edir. Milyarder həmçinin Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı, amerikalı general Uesli Klarkın, habelə polşalı general Valdemer Skşipaçın dəvət edilməsinə çağırır.

Növbəti məktubunda Soros Poroşenkoya təklif edir ki, Ukraynada korrupsiyaya qarşı mübarizə görüntüsü yaratsın, ölkədə maliyyə stabilliyinin mövcud olduğuna inandırsın. Əslində isə Soros Ukraynanın maliyyə vəziyyətinin acınacaqlı olduğunu bildirir.

Hakerlər yazışmaların yeni detallarını yayacaqlarını bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *