Amerikalı milyarder bu klubu satın alır
“Aston Villa”nın sahibi Randi Lerner klubu satmaq qərarına gəlib.
ANS PRESS-in məlumatına görə, Tim Şervudun başçılığı altında birmingemlilər İngiltərə Premyer Liqasında yaxşı günlərini keçirmir.
Turnir cədvəlinin 16-cı pilləsində qərar tutan komanda Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzə qalıb.
Klub rəhbərliyi çıxış yolunu “Aston Villa”nı amerikalı iş adamlarına həvalə etməkdə görür. Randi Lerner amerikalı biznesmen Henri Silverman və “La Dodqers” beyzbol klubunun sahibi Todd Boetllə görüşüb.
İngiltərə təmsilçisini almağa çalışan hər iki milyarder kluba yüksək məbləğdə maliyyə buraxmaq istəyir.
Mənbə:> ANSPRESS