Obamaya haker şoku
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin kompyuter sisteminə daxil olublar.
ANS PRESS-in məlumatına görə, Ağ Ev rəhbəri Barak Obamanın məktublarına giriş əldə edən hakerlərin rus olduğu bildirilir. Bu barədə “New York Times” qəzeti yazıb.
Xəbərdə bildirilir ki, B.Obamanın yazışmaları sistemə daxil olan hakerlər tərəfindən oxuna bilər. Lakin yazışmaların nə qədər və məzmununun nədən ibarət olduğu gizli saxlanılır.
RF prezidenti mətbuat katibi Dmitri Peskov hadisə ilə bağlı açıqlama verərkən, bu kiber-hücumlarla Rusiya hakimiyyətinin heç bir əlaqəsi olmadığını bəyan edib.
Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə Ağ Evin kompyuter sistemlərinə hücumlar edilib. və hər dəfə rus hakerlər günahlandırılıb.
Mənbə:> ANSPRESS