İranlı hakerlərin hücumu
İranlı hakerlərin Türkiyə daxil olmaqla, 16 ölkəyə kiber hücum etdiyi məlum olub.
ANS PRESS-in məlumatına görə, bu barədə "Reuter" agentliyi xəbər yayıb.
Bildirilir ki, Kaliforniyanın "Cylance" təhlükəsizlik şirkəti tərəfindən 2 ildir aparılan virtual araşdırmaya əsasən, İran 16 ölkədə çox vacib enerji, çatdırılma və sağlamlıq xidmətlərinin olduğu 50 nöqtəyə kiber hücum edib. Ölkələr arasında, Kanada, İsrail, Hindistan, Qatar, Kuveyt, Meksika, Pakistan, Səudiyyə Ərəbistanı, Fransa, İngiltərə, Çin və başqaları var.
Hakerlər ABŞ Dəniz Qüvvələrinin San Dieqodakı kompüter şəbəkəsinə daxil olaraq ölkə daxilində dənizçilər və mülki şəxslər arasında əlaqəyə müdaxilə ediblər.
Bununla yanaşı, hakerlər böyük hava yolları şirkətləri, tibb fakültələri, enerji şirkətləri və hərbi birliklərlə çalışan şirkətlərin də məlumat bazalarına giriblər.
Mənbə:> ANSPRESS