Türklər İsraili çökdürdü
Məscidi əl-Əqsada yaşanan gərginlikdən sonra hakerlər İsrailə hücum edib.
ANS PRESS-in məlumatına görə, özlərini "Cyber-Warrior" adlandıran türk hakerlərdən ibarət qrup İsrail torpaqlarının 1/3-i hesab olunan Cəlilə bölgəsində dövlət saytları başda olmaqla telekanalların, idman qəzetlərinin, təhlükəsizlik qüvvələrinin, telekommunikasiya şirkətlərinin saytları çökdürülüb.
Bunlardan başqa yüzlərlə sayt dağıdılıb və bütün saytlara mesaj yerləşdirilib.
Qeyd edək ki, Qüdsdə son günlər gərginlik yaşanır. İsrail əsgərləri 1967-ci ildən bu yana ilk dəfə olaraq əl-Əqsa məscidinin içərisinə girərək atəş açmışdılar. Bu isə dünya müsəlmanlarının etirazəna səbəb olmuşdu. Dünyanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilmişdi.
Mənbə:> ANSPRESS