İsrail hər kəsi hədələdi
İsrail baş naziri Binyamin Netanyahu ölkəsinin Fələstinə qarşı deyil, terrorçulara qarşı vuruşduğunu bildirib.
ANS PRESS-in məlumatına görə, rəhbəri olduğu Likud partiyasının toplantısında çıxış edən Netanyahu İsraili yox etmək istəyən qrupların məqsədinə çata bilməyəcəyini deyib:
"Terrorçular bizi aradan götürə bilməyəcəklər. Bizə qarşı olan terrorizm sərhəd tanımır. Bu hücumlar, tək bir səbəbdən ötəri bütün ölkəni hədəf alır. Terrorçular və onlara dəstək verənlər bizdən xilas olmaq istəyir. Sizə söz verirəm, müvəffəqiyyətli ola bilməyəcəklər. İsrailə qarşı döyüşən və Fələstin dövlətinin qurulmasından yana olanlara bunu söyləmək istəyirəm. Fələstin mərkəzinə və ya Qəzzaya gedin. Söz verirəm, İsrail dövləti getməyinizə mane olmayacaqdır. Ancaq burada qalan terrorçulara dəstək verilsə, onlara asan olmayacaq".
Mənbə:> ANSPRESS