İsrail və Fələstin yenidən silaha əl atır
16 sentyabrdan bu yana ilk dəfə olaraq Qəzza sektorundan İsrailə raket atılıb.
ANS PRESS-in məlumatına görə, Qəzzadan atılan raket İsrailin cənubunda olan Eşkol vilayətinə düşüb.
Raketin verdiyi maddi ziyan və ya zərərçəkmişlər barədə heç bir xəbər verilməyib.
Qeyd edək ki, 2014-cü ildə bölgədə raket atışları ilə başlayan son qarşıdurma İsrailin "Qoruyucu xətt" adı altında 7 iyulda Qəzzanı havadan 10 gün sonra isə qurudan hücumüna səbəb olmuşdu. Qanlı əməliyyatdan son əldə olunan atəşkəsədək Qəzzada 635 adam həyatını itirmiş, 4 min nəfər yaralanmışdı.
O zaman ölənlərdən 162-nin uşaq, 78-nin isə qadın olduğu bildirilirdi.
Mənbə:> ANSPRESS