Rus hakerlərin Ağ Evə hücumu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Maraqlı

Rus hakerlərin Ağ Evə hücumu

Rus hakerlərin Ağ Evə hücumu


Rus hakerlər Ağ Evin kompüter şəbəkəsinə daxil olublar.

ANS PRESS-in məlumatına görə, bu barədə CNN-ə xəbər daxil olub.

Xəbərdə bildirilir ki, hakerlər məxfi olmasa da müəyyən lazımi informasiyaları əldə etməyə nail olublar. Buraya prezidentin qeyri-ictimai işlər üçün gündəliyi də daxildir.

Bu cür informasiyalar xarici kəşfiyyat idarələri tərəfindən yüksək qiymətləndirilir. Federal Təhqiqatlar Bürosu (FBI) kiber hücumu araşdırıb və bunu indiyədək ABŞ hökumət sistemlərinə edilən ən mahir haker hücumu adlandırıb.

Mütəxəssislərin fikrincə hücum faktı rusiyalı hakerlər tərəfindən xüsusi kompüterlərlə həyata keçirilib.

Məsələ ilə bağlı Rusiya səfirliyi və ABŞ rəsmi qurumları heç bir məlumat verməyib.

Qeyd edək ki, analoji hadisə Ağ Evdə ötən il də baş vermiş, lakin hakerlər heç bir mənfi informasiya əldə edə bilməmişdilər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *