Türk əsgərləri erməniləri "vurdu" » AzNews.info -Xəbər portalı

Bölmə: ---

Türk əsgərləri erməniləri "vurdu"

Türk əsgərləri erməniləri "vurdu"


Özlərini haker dünyasında Türk əsgərləri olaraq adlandıran "Turkhackteam" Ermənistan Baş Qərargahı başda olmaqla bir çox internet saytlarını darmadğın ediblər.

ANS PRESS-in məlumatına görə, türk hakerlər 1915-ci il hadisələri ilə əlaqədar ermənilərin "soyqırım" iddiası ilə təşkil etdiyi anım mərasimlərinə görə Ermənistan saytlarına hücumlar ediblər.

"Turkhackteam" tərəfindən verilən açıqlamada bildirilir ki, Ermənistan Baş Qərargahı, Enerji Nazirliyi, Mərkəzi Bankın saytları başda olmaqla 6 rəsmi internet saytına kiber hücum həyata keçirilib. Hakerlər bildirirlər ki, qondarma erməni soyqırımı iddiaları davam etdiyi müddətdə kiber hücumlar davam edəcək.

"Bundan başqa bu "soyqırımı" dəstəkləyən Almaniya və Avstriya kimi ölkələrin də rəsmi dövlət saytları dağıdılacaq", - deyə "Turkhackteam" açıqlamasında bildirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *