Putin Qərb ölkələrinin 49 diplomatını ölkədən qovdu – SİYAHI
23 ölkənin Rusiya diplomatlarını deportasiya etmə qərarından sonra hərəkətə keçən rəsmi Kreml 49 diplomatı ölkədən qovub.
Avropa.info xəbər verir ki, Rusiya ilə İngiltərə arasında yaşanan gərginliyin ardından 23 ölkə Rusiya diplomatlarını deportasiya etmək qərarı verdi.
Tarix kitablarında “Skripal hadisəsi” kimi qalacaq gərginliyin ardından Rusiyadan da cəzalandırıcı cavab gəlib.
Kreml 19 ölkədən 49 diplomat və 1 hərbi ateşenin deportasiya ediləcəyini açıqlayıb.
Həmin ölkələrin adları:
İtaliya: 2 diplomat
Finlandiya: 1 diplomat
Polşa: 4 diplomat
Litva: 3 diplomat
Hollandiya: 2 diplomat
Latviya: 1 diplomat
İsveç: 1 diplomat
Estoniya: 1 hərbi attaşe
Çex Respublikası : 3 diplomat
Almaniya: 4 diplomat
Ukrayna: 13 diplomat
Moldova: 3 diplomat
Rumıniya: 1 diplomat
Norveç: 1 diplomat
İspaniya: 2 diplomat
Xorvatiya: 1 diplomat
Danimarka: 2 diplomat
İrlandiya: 1 diplomat
Kanada: 4 diplomat
Mənbə:> Avropa.info