Rusiya Ukrayna diplomatlarını da ölkədən çıxarır
Rusiya Ukraynanın 13 diplomatını da ölkədən çıxarır.
Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
Bildirilir ki, bu gün Rusiya “Skripal işi” ilə bağlı 10 ölkənin (Estoniya, Latviya, Litva, Çexiya, Polşa, İtaliya, Finlandiya, Niderland, İsveç və Böyük Britaniya) diplomatının ölkədən çıxarılması barədə qərar verib.
Belə ki, Rusiya 3 çexiyalı, 1 latviyalı, 3 litvalı, 4 polşalı, 2 italiyalı və 1 finlandiyalı diplomatın ölkədən çıxarılması barədə bəyan edib.
Bundan başqa, İsveçin 1 diplomatı və Estoniyanın hərbi attaşesi Toomas Peda da Rusiyadan çıxarılır.
Mənbə:> Virtualaz.org