Neftin qiyməti ilə bağlı şok proqnoz: İlin sonuna kimi…
“Bu ilin sonuna kimi neft qiymətləri rekord həddə çata bilər”.
AzNews.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Energy Aspects Petrol” mərkəzinin direktoru Amrita Sen deyib.
Onun sözlərinə görə, ilin dördüncü rübündə neft qiymətləri 80 dollar olacaq: “İran nefti bazardan çəkiləcək, buna görə də hətta qiymətlər 90 dollardan çox ola bilər.
“Bir çoxları Çinin İranın bütün neftini ala biləcəyini deyir. Lakin Çin bildirdi ki, neft idxalını artırmayacaqlar. Yəni neftin satışında azalma ola bilər, bu da qiymətin artmasına səbəb olacaq. İranın neft istehsalını gündə 1,5 milyon barel azaltması və Tehranla Vaşinqton arasındakı qarşıdurma ilin sonuna kimi neft qiymətlərinin pik həddə artması ilə nəticələnə bilər”, – deyə A. Sen bildirib.
Mənbə:> Publika.az