"İlin sonuna kimi neftin qiyməti 50 dollardan aşağı düşməyəcək" » AzNews.info -Xəbər portalı

"İlin sonuna kimi neftin qiyməti 50 dollardan aşağı düşməyəcək"

"İlin sonuna kimi neftin qiyməti 50 dollardan aşağı düşməyəcək"


Halhazırki qiymətlər neft əldə edən dövlətləri qane edir.

Küveyt hökumət rəsmiləri ilin 3-cü və 4-cü rüblərində neftin qiymətinin 50 dolları keçəcəyini söyləyib. Bunun səbəbi kimi neft xammalına olan tələb və təkliflərin tərəddüdlü qiymət dəyişməsini göstərilib.


ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu məlumatı Küveytin Neft naziri Anas əl-Saleh müsahibəsində bildirib. O qeyd edib ki, Küveyt höküməti neft hasilatını artırmağa davam edəcək.

Nazirin fikrincə 2016-ci ilin sonuna kimi neftin qiyməti 50 dollardan aşağı düşməyəcək. Anas əl-Saleh bazardakı "qara qızıl"ın qiymətlərindən razı olduğunu, bunun ölkəsi üçün əlverişli vəziyyət yaratdığını deyib. Qiymətin artmağına səbəb kimi Kanada, Liviya və Nigeriyada istehsalın azalması, bazarda isə neft ehtiyacının çoxalmasını göstərib.

Ötən gün Azərbaycan nefti bazarda qiymət liderliyi qazanıb. "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti 1.21 dollar azalaraq 48.23 dollara çatıb. "Layt" markalı neftin qiyməti də azalaraq 47.61 dollara düşüb. "AzəriLayt" markalı neft isə bazardakı rəqiblərini ötərək 51.16 dollar olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *