Neft ucuzlaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neft ucuzlaşdı

Neft ucuzlaşdı


Brent markalı neftin qiyməti yenidən 50 dollardan aşağı düşüb.

Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,5 dollar ucuzlaşaraq 49,73 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,81 dollar azalaraq 45,13 dollar təşkil edib.

Qeyd edək ki, çərşənbə günü Brent markalı neftin qiyməti bir neçə gündür davam edən kəskin ucuzlaşmadan sonra yenidən 50 dolları keçərək, 50,23 dollar olmuşdu.

Onu da əlavə edək ki, ekspertlər isə bildirir ki, Amerikanın neft ehtiyatlarının proqnoz göstəricilərindən artıq miqdarda yığılması, Çinin enerjiyə olan tələbatının azalması, İran faktoru və s amillər neftin qiymətinin ucuzlaşmasına təsir göstərir.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *