Çin neft idxalını rekord səviyyədə azaltdı
Dünyanın ən böyük neft istehlakçısı olan Çin maye yanacağa olan tələbin azalması ilə əlaqədar neft idxalını rekord həddə azaldıb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Gömrük İdarəsindən bildirilib.
Çinin avqustda neft alışı 13,4% azalaraq, 26,59 milyon tona düşüb.
Xatırladaq ki, iyulda bu rəqəm 30,71 milyon ton səviyyəsində idi.
Çinin avqust ayında idxalı gündəlik 6,29 milyon barel ilə son 3 ayın ən aşağı səviyyəsinə çatıb.
Onu da əlavə edək ki, neftin qiymətinin enməsinə səbəb olan amillərdən biri də Çinin idxalı azaltması ilə bağlıdır.
Mənbə:> Oxu.Az