Neftin qiyməti rekord vurdu
Cümə axşamı xam neftin qiyməti 3 faiz artaraq bir barrel üçün 65 dollara çatıb.
ANS PRESS-in məlumatına görə, bu, 2015-ci ildə neftin çatdığı ən yüksək qiymətdir.
Bütövlükdə isə aprel ayı ərzində qiymət 10 faiz yüksəlib. Ekspertlər bunu Yaxın Şərqdəki gərginlik, Səudiyyənin Yəmənə hava reydləri ilə bağlayırlar. Neft qiymətlərinin qalxmasına ikinci səbəb isə dolların nisbətən ucuzlaşması olub.
Lakin, “Tradition Energy” firmasının analitiki Gene Makgilian hesab edir ki, neft qiymətinin yüksəlişi müvəqqəti haldır. Beləki, neft anbarları hələ də doludur və OPEC gündə 2 milyon barrel neft ixrac etməklə normanı artıqlaması ilə doldurur.
Mənbə:> ANSPRESS