Neft son 4 ildə ən aşağı həddə düşdü
Neftin qiyməti son 4 ildə ən aşağı həddə düşüb.
ANS PRESS-in məlumatına görə, Londonda neftin bir barreli 82,72 dollardır.
İyun ayından bəri neft 28 faiz ucuzlaşıb.
Oktyabr ayında neftin ucuzlaşması sürətlənib. Neft ixrac edən ölkələr təşkilatı OPEC ayın əvvəlində işarə etdi ki, neft istehsalını azaltmaycaq.
Venesuela OPEC-in təcili iclasının çağırılmasını və vəziyyətin müzakirə olunmasını istəyib.
Mənbə:> ANSPRESS