Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb?

Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb?


Gürcüstanın Azərbaycandan qaz idxalını azaltmasına səbəb bu ölkədə qaz istehlakının azalmasıdır. ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (SOCAR) mənbə Trend-ə açıqlamasında belə deyib.

Mənbənin sözlərinə görə, Gürcüstanın idxal etdiyi Azərbaycan qazının həcmi tamamilə ölkədəki qaz istehlakından asılıdır: "Gürcüstanda qaz istehlakı artanda bu ölkəyə Azərbaycandan qaz ixracının həcmi də artır. Bu göstəricinin son iki ayda azalması Gürcüstanda qaz istehlakındakı azalma ilə bağlıdır. Qaz nəqli ölkələrimiz arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Gürcüstanın Azərbaycan qazı ilə təchiz olunmasında biz tərəfdən heç bir problem yoxdur”.

Gürcüstan Milli Statistika Xidmətinin hesabatına görə, Gürcüstan 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 67,4 milyon dollar dəyərində (neft ekvivalentində) 319,85 min ton təbii qaz idxal edib.

Azərbaycan Gürcüstanın bu sahədə əsas tərəfdaşıdır və bu ölkənin qaz idxalatının 66,2 faizini qarşılayır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *