Neft gələn il 60-70 dollar ola bilər
Rusiyanın energetika naziri Aleksandr Novak gələn il neft qiymətlərinin 60-70 dollara çata biləcəyini deyib.
"Artıq gələn qiymətlər bir barrelə 60-70 dollara qalxa bilər... Orta qiymətlər uzaq perspektivdə 50 dollar olacaq" - deyə Rusiya rəsmisi Soçi-2015 Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Bu arada "LUKoil" neft şirkətinin vitse-prezidenti Leonid Fedun daha opitimistik proqnozla çıxış edib.
Leonid Fedun qiymətlərin 80 və hətta 100 dollara çatacağını deyib.
Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin isə hesab edir ki, neft qiymətləri 5-dən 7 ilədək hazırkı 40-60 dollar radələrində qala bilər.
Cümə günü London birjasında "Brent" markalı neftin qiyməti 48,13 dollar olub.
Mənbə:> Virtualaz.org