Neft bahalaşdı
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,16 dollar bahalaşaraq 57,72 dollar olub.
Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,4 dollar artaraq 52,38 dollar təşkil edib.
Qeyd edək ki, İranla "Altılıq" ölkələri arasında danışıqların müddəti İranın silah ambarqosunu aradan qaldırılması tələbi ilə əlaqədar cari ilin iyulun 10-a qədər uzadılıb.
Xatırladaq ki, İranla "Altılıq" ölkələri arasında razılıq əldə edilsə, bu halda Texas markalı neftin qiyməti 50 dollara qədər düşə bilər.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli