"Neft ucuzlaşacaq, dollar bahalaşacaq" » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

"Neft ucuzlaşacaq, dollar bahalaşacaq"

"Neft ucuzlaşacaq, dollar bahalaşacaq"


"Dünya birjalarında neftin qiyməti bir barrelə görə 40 dollara qədər düşə bilər".

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin bildirib.

O qeyd edib ki, əgər belə olarsa dolların kursu 65 rubl səviyyəsinə çatacaq: "Neft üzrə çox böyük risklər var. Çünki biz görürük ki, mart ayında bazarda təklif artıb. Hazırda da təklif artımı davam edir. Əgər belə getsə, neftin qiymətini hazırki vəziyyətdə saxlamaq mümkün olmayacaq", -deyə nazir müavini bildirib.

Qeyd edək ki, bir çox beynəlxalq ekspertlər və təşkilatlar da neftin qiyməti ilə bağlı bədbin proqnozlar verirlər.

Mütəxəssislər hesab edir ki, İranın yenidən bazara aktiv qoşulması təkliflərin artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində tələb-təklif balansını pozacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *