Dollar kəskin ucuzlaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dollar kəskin ucuzlaşacaq

Dollar kəskin ucuzlaşacaq


"Yəməndə baş verən hərbi proseslər fonunda dollar yenidən ucuzlaşa bilər".

ANS PRESS-in məlumatına görə, bu barədə "SERİX Kepital İdarəetmə" şirkətinin mütəxəssisi Andrey Vernikov söyləyib.

Mütəxəssis bildirir ki, geosiyasi gərginliyin artması nəticəsində neftin və neft şirkətlərinin səhmlərinin qiyməti artmağa başlayıb. Andrey Vernikov hesab edir ki, yaxın gələcəkdə Rusiya rublu dollara qarşı möhkəmlənəcək.

"Rusiya valyutasının bahalaşması əhali tərəfindən mübadilə əməliyyatlarına marağın artmasına gətirib çıxaracaq. İnsanlar ötən aylarda aldığı xarici valyutaları birazdan satmağa başlayacaq. Geosiyasi risklərin artması fonunda neftin qiyməti 60 dollara yaxınlaşıb. Liviyada və Yaxın Şərqdə vəsiyyət pisləşəcəyi təqdirdə isə neftin bir barrelinin qiyməti hətta 70 dollara çata bilər", - deyə mütəxəssis bildirib.

Mütəxəssisin fikrincə, rus rublu dollar qarşısında möhkəmlənməyə davam edəcək. A. Vernikov güman edir ki, 1 dollar 50 rubla qədər ucuzlaşacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *