Neft yenidən kəskin ucuzlaşdı
Dünya bazarlarında neftin bir barelinin qiyməti sürətlə enməyə başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Qərb mətbuatı yazır.
Brent markalı neftin dəyəri 1,18% ucuzlaşıb və bir barelin qiyməti 58,95 dollara olub.
WTİ markalı neftin qiymət 2,26% azalaraq, 49,66 dollara düşüb. Neft son bir neçə ayda 2 dəfə ucuzlaşıb.
Qeyd edək ki, Azərbaycan nefti adətən "Brent" markalı neftdən 1-2 dollar daha baha satılır.
Mənbə:> ANSPRESS