Neftlə bağlı proqnoz » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neftlə bağlı proqnoz

Neftlə bağlı proqnoz


ABŞ-ın "Goldman Sachs" bankının analitikləri neftin qiyməti ilə bağlı bədbin proqnoz verib.

ANS PRESS-in məlumatına görə, analitiklər hesab edir ki, dünya bazarında neftin qiyməti kəskin olaraq ucuzlaşacaq və 1 barrelə görə, 40 dollara düşəcək. Mütəxəssislər mənfi dinamikanı əsas gətirərək belə bir qənaətə gəliblər.

"Goldman Sachs" ekspertləri qısamüddətli perspektivdə neftə qiymətlərində azalmanın qaçılmaz olduğunu hesab edirlər. WTI neftinin dəyərinin azalması "qara qızıl" ehtiyatlarının artımı fonunda baş verir.

"Hələ ki biz 2015-ci ildə tələbatın bərpasını proqnozlaşdırmağa davam edirik. Biz güman edirik ki, fəallığın ardıcıl olaraq zəifləməsi qışın sonuna təsadüf edəcək", - deyə analitiklər bildirirlər.

Mütəxəssislərin fikrincə, OPEK-in baş katibi Abdulla əl-Bədrinin son bəyanatları neftin qiymətinin ucuzlaşmasının qarşısını alır. Baş katib bəyan edib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ABŞ-da şist neft hasilatının davam etməsi və ölkələrin neft hasilatını davam etdirməsi təhlükəli vəziyyət yaradır. O əlavə edib ki, hazır ki vəziyyət neft şirkətlərində investisiyaların azalmasına gətirib çıxaracaq. Abdulla əl-Bədri bazarda qiymət artımını dəstəklədiyini söyləyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *