ABŞ-ın neft proqnozu
Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Co Bayden Vaşinqtonda keçirilən enerji sammitində çıxış edib, ölkəsinin neftlə bağlı rəsmi mövqeyini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, o deyib ki, yaxın bir neçə ildə dünya bazarında neftin qiyməti aşağı qiymətdə qalacaq. Hazırda 1 barel neftin qiyməti 50 dollardan aşağıdır.
Onun sözlərinə görə bu, hökumətlərə nəfəs almaq üçün az imkan verir. Amma çox güman ki, qiymət bir neçə ildə elə bu səviyyədə qalacaq.
OPEK sədri Abdulla əl-Bədri bildirib ki, sərmayə qoyuluşu lazımi səviyyədə olmazsa, üç-dörd ilə neftin barreli 200 dollara qalxa bilər.
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə səhər saat 9.40-da Brent neftinin barreli 0,08 dollar bahalaşaraq 48,24 dollara, Texas neftinin barreli isə 0,04 dollar bahalaşaraq barreli 45,19 dollara qalxıb.
Mənbə:> ANSPRESS