Neft ucuzlaşdı
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,27 dollar ucuzlaşaraq 53,11 dollar olub.
Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar azalaraq 48,15 dollar təşkil edib.
Qeyd edək ki, Dünya Bankı 2015-ci ildə neftin qiymətinə dair proqnozları artırıb.
Belə ki, 2016-cı ildə maliyyə institutunun ekspertləri neftin orta illik dəyərinin bir barel üçün 61 dollar artacağını gözləyirlər.
DB-nin baş iqtisadçısı Con Beffs isə bildirib ki, 2015-ci il üçün neftin qiymətinin proqnozlarının cüzi artımına baxmayaraq, böyük mal ehtiyatları və OPEK-in üzv ölkələrində hasilat artımı qiymətlərin zəifliyinin orta müddətli perspektivdə saxlanılacağına işarə edir.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli