Dünya Bankı 2015-ci ildə neftin qiymətinə dair proqnozu artırdı
Dünya Bankı (DB) 2015-ci ildə əsasən enerji daşıyıcıları seqmentində zəif xammal bazarlarının saxlanılmasını gözləyir.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Commodity Markets Outlook-un iyulun 22-də maliyyə institutu tərəfindən dərc edilmiş rüblük hesabatında bildirilib.
Dünya Bankı neftin orta qiymətinin proqnozunu (bərabər çəkili Brent, Dubai və WTI növlərinin səbəti) 2015-ci ildə bir barel üçün aprel ayında gözlənilən 53 dollar əvəzinə 57 dollara qədər yüksəldib.
Buna səbəb isə neft kotirovkalarının cari ilin II rübündə 17% çoxalması olub. 2016-cı ildə maliyyə institutunun ekspertləri neftin orta illik dəyərinin bir barel üçün 61 dollar artacağını gözləyirlər.
DB analitikləri 2015-ci ildə enerji resurslarının 2014-cü ildə olduğundan orta hesabla 37% ucuz olacağını ehtimal edirlər. Təbii qaz ekspertlərin proqnozlaşdırdığı kimi üç əsas bazarda - ABŞ, Avropa və Asiyada ucuzlaşacaq, kömürün qiyməti 17% azalacaq.
Enerji daşıyıcıları nəzərə alınmadan II rübdə xammalın qiymətləri 2% azalıb.
“II rübdə neftə olan tələbat gözlənildiyindən artıq olub”, - DB baş iqtisadçısı Con Beffs qeyd edir.
“2015-ci il üçün neftin qiymətinin proqnozlarının cüzi artımına baxmayaraq, böyük mal ehtiyatları və OPEK-in üzv ölkələrində hasilat artımı qiymətlərin zəifliyinin orta müddətli perspektivdə saxlanılacağını ehtimal edir”, - o vurğulayıb.
Mənbə:> Oxu.Az