BP: Neft sənayesinə investisiyalar 120 milyard dollar azalıb
2015-ci ildə dünya neft sənayesinə investisiyalar 120 mlrd. dollar azalıb, BP şirkətinin prezidenti Robert Dadli IHS CERAWeek 2015 beynəlxalq konfransında bildirib.
“Bütün sahə bu il investisiyaları 120 mlrd. dollar azaldıb”, - deyə, o, bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Dadlı bildirib ki, neftin qiymətinin ucuzlaşması 1,3 mlrd. dollar vəsaitin enerji ehtiyatları istehsalçılarından istehlakçılara keçməsinə səbəb olub.
2014-cü ilin yayından neftin qiymətləri iki dəfə - bir barelə görə 100 dollardan 50 dollaradək azalıb. OPEK-in noyabrın 27-də neft hasilatını əvvəlki səviyyədə saxlamaq qərarı isə qiymətlərin azalmasını sürətləndirib.
Bir çox ekspertlər “qara qızılın” ucuzlaşmasını bazarda xammal çoxluğu ilə əlaqələndirirlər.
Mənbə:> Oxu.Az