Neftin son qiymətləri » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neftin son qiymətləri

Neftin son qiymətləri


ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,35 dollar bahalaşaraq 54,62 dollar olub.

Oxu.Az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar azalaraq 48,06 dollar təşkil edib.

Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı hesabata görə, 2015-ci ildə neftin orta dünya bazar qiyməti bir barel üçün 59 dollar olacaq.

Bununla belə, Nazirlər Kabinetinin iyulun 13-də keçirilmiş iclasında maliyyə naziri Samir Şərifov neftin qiymətinin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi ilə bağlı proqnozların özünü doğrultmadığını bildirmişdi.

“Neft və neft məhsullarının 2014-cü ilin ortalarından bəri kəskin aşağı düşməsinin qlobal iqtisadi artıma müsbət təsir edəcəyi barədə beynəlxalq maliyyə institutları tərəfindən verilən proqnozlar (illik 0,5% artım) da özünü tam doğrultmur, bu dövrdə dünya iqtisadiyyatı nəzərəçarpan qeyri-müəyyənliklə səciyyələnir.

Mövcud vəziyyət digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artım templərinin azalmasına səbəb olub”, - deyə nazir əlavə etmişdi.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *