OPEK dünyada neftə olan tələbatın artacağını proqnoz edir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

OPEK dünyada neftə olan tələbatın artacağını proqnoz edir

OPEK dünyada neftə olan tələbatın artacağını proqnoz edir


OPEK 2015-ci ildə dünyanın neftə olan tələbatının iyun dəyərləndirməsi ilə müqayisədə sutkada 100 min barel artacağını proqnozlaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın iyul məruzəsində deyilir.

OPEK indi 2015-ci ildə dünyanın neftə olan tələbatının sutkada 92,61 milyon barel səviyyəsində olacağını gözləyir, bu isə 2014-cü ildə sutkalıq tələbatdan 1,28 milyon barel çoxdur.

2016-cı ildə OPEK-in proqnozuna görə, neftə olan dünya tələbatı 2015-ci ilin tələbatından sutkada 1,34 barel artıq olaraq, təxminən sutkada 93,94 bareldən ibarət olacaq.

Bundan başqa, OPEK bu təşkilata daxil olmayan ölkələrin neft hasilatının artmasına dair proqnoz verib. İndi OPEK ekspertləri 2015-ci ildə göstəricinin sutkada 0,86 milyon barel artmasını və sutkada 57,39 milyon barel olacağını gözləyir.

2016-cı ildə OPEK təşkilata daxil olmayan ölkələrin neft hasilatının sutkada 300 min barel artaraq sutkada 57,69 milyon barel olacağını proqnozlaşdırır.

OPEK ekspertləri 2015-ci ildə neft hasilatının artmasını İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında), Latın Amerikası, eləcə də postsovet məkanı ölkələrində neft hasilatının sürətlənməsi ilə izah edirlər.

OPEK eləcə də təşkilat ölkələrinin 2015-ci ildə neftə olan tələbatının artmasına dair proqnozun sutkada 100 min barelə qədər azalacağını proqnozlaşdırır. Belə ki, OPEK öz neftinə olan tələbatın sutkada 200 min barel, 2014-cü il ilə müqayisədə isə sutkada 29,2 milyon barel artacağını gözləyir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *