OPEK-in gəlirləri azaldı
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) gəlirləri 2010-cu ildən bu yana ilk dəfə 1 trilyon dollar azalıb.
Oxu.Az xəbər verir ki, neftin qiymətinin düşməsi neft ixrac edən ölkələrə təsirsiz qalmayıb. Bununla əlaqədar olaraq şirkətin gəlirlərində azalma müşahidə olunub.
Neft İxrac Edən Ölkələr Birliyinin 12 üzvü 2014-cü ildə 993.3 milyard dollar qazanc əldə edib. OPEK-in illik hesabatına görə, ölkələrin neftin satışından əldə etdikləri gəlirlər 11% azalıb.
Qeyd edək ki, OPEK-in iyunun 5-də keçirilən toplantısında neftin hasilat kvotaları sabit saxlanılmış, gündəlik istehsalın həcmi 30 milyon barel müəyyən edilmişdi.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli