OPEC Rusiyanı məyus etdi
OPEC-in Vyanada keçirilən iclasında çıxarılan qərar Rusiya üçün üzücü olib.
ANS PRESS-in məlumatına görə, OPEC-in üzv ölkələri bu gün Vyanada keçirilən iclasda sutkalıq neft hasilatı kvotasının saxlanılması barədə qərar qəbul ediblər. Belə ki, neft hasilatı sutkada 30 milyon barel səviyyəsində qalacaq.
Təşkilatın baş katibi Abdullah Salem əl-Bədri deyib ki, dünya bazarında neftin qiyməti hazırda aşağı səviyyədədir, lakin bu o demək deyil ki, təşkilat tələsəcək: "Biz gözləməli və bazarın özünü necə aparmasına baxmalıyıq".
Onun sözlərinə görə, neftin qiyməti bazarın fundamental əsaslarına təsir etmir.
Baş katib qeyd edib ki, OPEC-in Rusiya ilə heç bir əməkdaşlığı yoxdur.
Əl-Bədri əlavə edib ki, təşkilatın neft hasilatı kvotasını dəyişməz saxlaması dünya bazarlarında neftin qiymətinin azalmasına cavabdır: "Sutkada 30 milyon barel səviyyəsində hasilat kvotası 2015-ci ilin I yarısınadək saxlanılacaq".
Mənbə:> ANSPRESS