Gömrük Komitəsi ləğv olunur? - Qurumdan açıqlama
Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Komitənin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komitədən Mia.az-a verilən məlumata görə, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində DGK-nin ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb.
Qurumdan bildirilib ki, cari il yanvarın 19-da "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bununla bağlı media nümayəndələri tərəfindən ünvanlanan suala ətraflı cavab verib:
"Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik”
Mənbə:> Mia.az