Dövlət Gömrük Komitəsi yayılmış informasiyaya münasibət bildirib » AzNews.info -Xəbər portalı

Dövlət Gömrük Komitəsi yayılmış informasiyaya münasibət bildirib

Dövlət Gömrük Komitəsi yayılmış informasiyaya münasibət bildirib

Dövlət Gömük Komitəsi yanvarın 7-də bir sıra KİV-lərdə İrandan gələn və Azərbaycandan tranzit keçməklə Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yük maşınlarının Astara Gömrük idarəsinin yük terminalında saxlanılması barədə yayılan məlumata münasibət bildirib.

Yayılan məlumatda nəqliyyat vasitələrinin əsassız saxlanıldığı və sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunduğu bildirilib.

DGK mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, Astara Gömrük İdarəsinin yük terminalında saxlanılan və əksəriyyəti Rusiya Federasiyasının Dağıstan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin müvəqqəti saxlanılmasına səbəb sürücülərin avtomobillərə gömrük nəzarətinin keçirilməsinə mane olmalarıdır: “Belə ki, nəqliyyat vasitələrinin sürücülərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi dəfələrlə izah olunsa da, onlar müxtəlif bəhanələrlə gömrük nəzarətinin keçirilməsinə mane olmağa cəhd göstərib, əks təqdirdə isə Rusiya Federasiyasına yük daşıyan Azərbaycana məxsus nəqliyyat vasitələrinə Dağıstan Respublikası ərazisində maneə yaradacaqlarını bəyan edərək gömrük əməkdaşlarını təhdid ediblər”.

“Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə görə müvafiq gömrük orqanı lazım bildikdə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrində yoxlama apara bilər. Sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunması barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil.

Sürücülər arasında aparılan izahat işləri nəticəsində artıq problem aradan qaldırılıb və yük nəqliyyat vasitələri qanunvericiliyə uyğun olaraq gömrük nəzarətindən keçirildikdən sonra təyinat məntəqələrinə yola salınıb”, -deyə DGK-nın məlumatında bildirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 9 yanvar 2017 05:36
  • Yazan: Francis
there are some of my added a lot of admired replica handbags well, clearly these adulterated accoutrements from Kenya that i use every alone day. the abounding one that has become my de facto laptop bag. these poor accoutrements get baffled to a pulp, traveling with me everywhere, sitting on decrepit bus floors and accepting coffee spilt on and axial them. but they are still traveling strong, and if they were anytime to aperture i would get accession one in a heartbeat.i managed to fit in my laptop and charger, an added brace of clothes for Axie, a few nappies, wipes, bum cream, his pacifiers, babyish bottle, a babyish rattle, a abounding muslin cloth, my chanel replica wallet, sunglasses, my phone, charger, keys and a tiny beanie.it's been algid about here. there are a accession of autogenous pouches so babyish things will not get lost, and it isn't just a backpack, you can bear the straps and use it as a tote or abettor bag.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *