Dövlət Gömrük Komitəsindən yalan xəbərə rəsmi açıqlama - FOTOLAR
Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında problemin yaranması barədə yayılan məlumata aydınlıq gətirib.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, keçid məntəqənin gömrük zonasında dünən də, bu gun də heç bir problem yaranmayıb.
Qeyd edək ki, dünən bəzi informasiya saytlarında İran İslam Respublikasına keçmək istəyən 1000-ə yaxın şəxsin Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında növbə gözləməsi barədə həqiqətə uyğun olmayan xəbərlər yayılmış, məsələyə aidiyyatı olmayan və guya bu sıxlığı əks etdirən fotoşəkil yerləşdirilmişdir.
Mənbə:> ANSPRESS