İran gömrük rüsumunu artırdı
İran Türkiyə ilə gömrük rüsumlarını yüksəldib. Məlumata görə, ötən gündən başlayaraq, İran sərhədçiləri Türkiyə nömrə nişanlı avtomobillərdən İran ərazisindən tranzit ölkə kimi istifadəyə görə iki dəfə artıq yol haqqı tələb ediblər.
Əvvəlcə avtomobillərin tranzit keçid dəyəri 750 dollar idisə, indi bu rəqəm 1500 dollar olub.
İddialara görə, İran dövləti Türkiyənin İŞİD siyasəti ilə əlaqədar belə bir tədbirə əl atıb.
Gömrük keçid məntəqələrində məsələ ilə əlaqədar sürücülər çətin vəziyyətə düşüblər.
Mənbə:> ANSPRESS