"Apple" qadağası haqqında Gömrük Komitəsindən AÇIQLAMA

Bu gün bir sıra kütləvi informasiya vasitələrində “Apple” şirkətinə məxsus məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulması ilə bağlı xəbərlər yayılıb.
AzNews.info-ya Dövlət Gömrük Komitəsindən rəsmi olaraq bildirilib ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur. Belə ki, ölkə ərazisinə idxal olunan mobil telefonların mövcud qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğun olaraq rəsmiləşdirilməsi həyata keçirilir.
Mənbə: AzNews.info