Aydın Əliyev: Brokerləri heç kim ləğv edə bilməz » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Aydın Əliyev: Brokerləri heç kim ləğv edə bilməz

Aydın Əliyev: Brokerləri heç kim ləğv edə bilməz


Bəzi insanlar brokerləri yanlış olaraq inhisarçılarla eyniləşdirirlər.

AzNews.info xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Gömrük Məcəlləsində bəzilərinin inhisarçı adlandırdıqları təmsilçi, vasitəçi institutları mövcuddur:

“Bu institutlar Azərbaycanda bu gün də var. Bu institutları heç kim ləğv edə bilməz. Çünki beynəlxalq ticarət təşkilatları, gömrük təşkilatları, eyni zamanda xarici ictimaiyyət bununla bağlı sabah bizi başa düşməyəcək”.

Komitə sədri vurğulayıb ki, broker, vasitəçi və təmsilçi institutlar xidmət göstərmək üçün yaradılıb.

Aydın Əliyevin sözlərinə görə, bu günə qədər heç kəsin malı sərhəddə qalmayıb və geri qaytarılmayıb.

Mənbə: APA-Economics
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *