Almaniya Ukrayna və Türkiyəni yaxın gələcəkdə Avropa İttifaqında görmür » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Almaniya Ukrayna və Türkiyəni yaxın gələcəkdə Avropa İttifaqında görmür

Almaniya Ukrayna və Türkiyəni yaxın gələcəkdə Avropa İttifaqında görmür


Bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib
Ukrayna və Türkiyə yaxın gələcəkdə Avropa İttifaqının (Aİ) üzvü olmayacaq..

TASS xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel çərşənbə axşamı dərc olunan "Funke" mediaqrupuna müsahibəsində deyib.

"Mən yaxın vaxtlarda nə Ukrayna, nə də ki, Türkiyəni Aİ-nin üzvü kimi təsəvvür edə bilmirəm", - deyə o bildirib.

"Amma Türkiyədə vəziyyət dəyişməyincə bu mümkün deyil"

Bununla yanaşı nazir bu ölkələrlə "daha sıx əməkdaşlığın alternativ formalarının" axtarılmasının tərəfdarı olduğunu bildirib.

Onun fikrincə, belə münasibətlərə Brüsselin London ilə nail olmağa çalışdığı sövdələşmə nümunə ola bilər.

"Əgər biz "Brexit"dən sonra Avropa ilə münasibətləri tənzimləyəcək ağıllı razılığa gələ bilsək, bu, digər ölkələr üçün də model ola bilər: Ukrayna üçün, yaxud Türkiyə üçün", - deyə Qabriel bildirib.

Türkiyə ilə əməkdaşlığın inkişafı barədə danışan nazir, nəticədə "daha sıx formada gömrük ittifaqı"na nail olmağın mümkün olacağını istisna etməyib.

"Amma Türkiyədə vəziyyət dəyişməyincə bu mümkün deyil", - deyə Almaniyanın XİN rəhbəri vurğulayıb.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *