Almaniya XİN: “Rusiya G8-ə qayıda bilər, əgər…”
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer G7 formatının təzədən G8 formatına çevrilməsini istisna etmədiyini deyib, bir şərtlə ki, Rusiya Ukrayna və Yaxın Şərqdəki situasiyaların normallaşmasında pozitiv mövqe tutsun.
Bu barədə o, “Bil dam Sontag” nəşrinə müsahibəsində bildirib.
“Əgər biz Ukraynadakı konfliktinin nizamlanması yolunda maneələri aradan qaldırmağa müvəffəq olsaq, əgər Rusiya indiyə qədərki kimi Suriyadakı münaqişənin həlli yönündə bizimlə işləməyə davam eləsə, o zaman Qərb iri dövlətlər arasında müntəzəm diskussiyalardan Rusiyanın uzun müddətə təcrid edilməsində maraqlı ola bilməz və olmamalıdır” – qeyd edib Almaniya XİN başçısı.
Onun sözlərinə görə, Qərb heç zaman Rusiyanın izolyasiyasında maraqlı olmayıb.
Mənbə:> Musavat.com