Jirinovski: Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq
“Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
O bildirib ki, perspektivdə Türkiyə NATO-dan çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq:
“Rusiyaya Türkiyə ilə münasibətlər çox sərfəli olduğu kimi, Türkiyəyə də Rusiya ilə münasibətlər sərfəlidir”.
V.Jirinovskinin fikrincə, Rusiya-Türkiyə münasibətlərini tam həcmdə bərpa etmək vacibdir.
Mənbə:> Oxu.Az