Jirinovski “Böyük Ermənistan” yaratmağa çağırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Jirinovski “Böyük Ermənistan” yaratmağa çağırdı

Jirinovski “Böyük Ermənistan” yaratmağa çağırdı

“Türkiyə məsələsini həll etmək lazımdır. Özü də bunu başqalarının əli ilə etmək lazımdır.

Ermənilər türklərə nifrət edir. Əgər biz ermənilərə onların qərb vilayətlərini azad etməyə icazə versək, onlar bunu məmnuniyyətlə edəcəklər. Ermənilər bunu 1918-ci ildə də edərdilər. Lakin Moskva o zaman ermənilərə kömək etmədi. Rusiya o zaman Türkiyənin tərəfinə keçdi”.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion bəyanatla LDPR lideri Vladimir Jirinovski çıxış edib.

V.Jirinovski “Rossiya-1” telekanalının efirində (“Vladimir Solovyovla bu axşam”) yayımlanan teledebat zamanı Türkiyədə “kürd kartı”nı işə salmağın mümkünlüyünə də eyham vurub.

“Kürdlər bizdən kömək gözləyir. Əgər biz kürdlərə onların müstəqilliyini tanıyacağımızı desək, Şərqi Anadolu da Türkiyənin əlindən çıxacaq. Kürdlərin sayı isə az deyil. 20 milyon nəfərdirlər. Onların artıq paytaxtı da bəllidir. Bu, Diyarbəkir şəhəridir. Əgər bunları etsək, biz son nəticədə müstəqil Kürdüstan və “Böyük Ermənistan” qazanmış olacağıq” - deyə V.Jirinovski bildirib.

Xatırladaq ki, rusiyalı siyasətçi V.Jirinovski “Kremlin baş ruporu” kimi məşhurlaşıb. Rusiya hakimiyyətinin rəsmi şəkildə və açıq mətnlə deyə bilmədiklərini adətən LDPR lideri, dilə gətirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *