Jirinovski: Türklər bizə daima nifrət ediblər
Türkiyə hazırda özünün qonşularına, xüsusilə Suriyaya, İraq kürdlərinə qarşı kifayət qədər aqressiv siyasət yürüdür. Ərdoğanın qlobal fikirlərində Osmanlı imperiyasını bərpa etməkdir.
Oxu.Az xəbər verir ki, belə bəyanatla LifeNews telekanalının efirində RLDP lideri Vladimir Jirinovski çıxış edib.
“Suriyanı ələ keçirmək türklərə sərfəlidir, çünki neft oradadır, ərazi böyükdür. O, daim Suriya ilə sərhədi pozur, yaraqlılardan qaçaqmal neft alır”, - o bəyan edib.
“Ərdoğan sultan olmaq, Osmanlı imperiyasının keçmiş koloniyalarını bərpa etmək istəyir. Türkiyə bütün cəbhələrdə oynayır. Hamı ilə oynamaq istəyirsə, deməli uduzacaq”, - Jirinovski sözünü yekunlaşdırıb.
RLDP lideri əmindir ki, Rusiya təyyarəsi Türkiyənin hava məkanının sərhədlərini pozmayıb. Əgər pozsaydı təyyarənin qalıqları Türkiyə ərazisində yerə düşərdi, Suriya ərazisində yox.
“Türklər daima bizə nifrət ediblər. Bu, tarix kitablarında da var. Biz onlarla dəfələrlə müharibə etmişik və onlar bütün müharibələri uduzub”, - Jirinovski qeyd edib.
Siyasətçi qeyd edib ki, Rusiyanın Türkiyəyə təzyiq etməyə bir neçə iqtisadi vasitələri var. Əsasən də RF turist axınını saxlaya bilər. Bundan başqa, Türkiyə “Mavi axın” qaz kəməri üzrə Rusiya tərəfindən böyük həcmdə yanacaq alır. Bu, məqamı da istifadə etmək olar.
İstənilən halda Jirinovski hesab edir ki, sərt reaksiya lazımdır.
“Biz istənilən qərarı dəstəkləyirik. Prezidentin əlləri açıqdır. Onun Federasiya Şurasından planetin istənilən yerində silahlı qüvvələrin istifadəsi üçün icazəsi var”, - siyasətçi xatırladıb.
Jirinovski hesab edir ki, Türkiyəyə Rusiyanın Suriyada hərbi əməliyyatları lazım deyil, Ankara RF-nın imkanlarından qorxur. Su-24 ilə bağlı hadisə Rusiya hərbçilərinin Suriyadan getməyə məcbur etmək üçün Türkiyə hakimiyyətinin cəhdi ola bilər.
Mənbə:> Oxu.Az