Kemeron: “Yaxın onilliklərdə Türkiyə…”
İngiltərənin Baş naziri Devid Kemeron Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinə növbəti dəfə münasibət bildirib.
Axar.az xəbr verir ki, “Skay Nyus” telekanalına müsahibə verən baş nazir Türkiyənin AB-yə üzvlüyünün yaxın onilliklərdə mümkün olmayacağını deyib:
“Türkiyənin Avropa İttifaqına üzv olması yaxın onilliklərdə mümkünsüzdür, çünki bu ölkə hələ bir çox tələbləri yerinə yetirməlidir. Bununla belə, Kemeron qeyd edib ki, London beynəlxalq gündəlikdəki mühüm məsələlər üzrə digər ölkələrlə olduğu kimi, Ankara ilə də dialoqu dəstəkləməkdə davam etməlidir”.
Xatırladaq ki, Kemeron bir neçə gün öncə verdiyi açıqlamada Türkiyənin AB üzvlüyünün 3000-ci ildən tez baş tutmayacağını demişdi.
Mənbə:> Axar.az