Kemeron: Türkiyə Aİ-yə 3000-ci ildə qəbul olunacaq
Böyük Britaniyanın Baş naziri Devid Kemeron bəyan edib ki, Türkiyə Avropa İttifaqına 3000-ci ildən tez qəbul edilməyəcək, Oxu.Az xəbər verir.
“Türkiyənin yaxın vaxtlarda Aİ-yə üzv olacağı ehtimal olunmur”, - Kemeron deyib.
“Onlar 1987-ci ildə ərizə veriblər. Üzvlüklə bağlı bugünkü irəliləyişə baxılsa, Türkiyənin təxminən 3000-ci ildə Avropa İttifaqına üzv olmasını proqnozlaşdırmaq olar. ”, - Baş nazir bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Avropa Birliyi Türkiyə ilə vizasız rejiminin qanunverici əsaslandırılmasına start verib.
Avropa Komissiyasının təklifi ilə ekspertlər artıq məsələnin qanuni əsaslarını gözdən keçirməyə başlayıblar.
Mənbə:> Oxu.Az