Türkiyə imtina edə bilər – Avropaya cavab
Avropa Birliyi Türkiyə üçün yeganə seçim deyil.
Axar.az xəbr verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi (AB) naziri Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, AB terrorla mübarizə mövzusunda ikili standartlar tətbiq edir:
“Türkiyə üçün AB çox önəmlidir, amma yeganə seçim deyil. Biz münasibətləri dövlət səviyyəsində inkişaf etdirməyə çalışırıq”.
Xatırladaq ki, AB ölkələri ilə Türkiyə arasında viza rejiminin ləğvinin bu ilin iyulunda müzakirə ediləcəyi gözlənilsə də, Almaniya müzakirə üçün 2017-ci ili məqbul saydığını açıqladı. Böyük Britaniya Baş naziri Kemeron isə AB ilə Türkiyə arasında viza rejiminin ləğvi müzakirəsinin “yalnız 3000-ci ildə” mümkünlüyünü dilə gətirməklə, ölkəsinin bunun əleyhinə səs verəcəyini bəyan etdi.
Mənbə:> Axar.az