Məşhur brendin Azərbaycana qarşı təxribatı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə

Məşhur brendin Azərbaycana qarşı təxribatı - Bakıdakı "New balance" bağlanılmalıdır!

Məşhur brendin Azərbaycana qarşı təxribatı

ABŞ-ın idman malları istehsal edən dünyaca məşhur brendi “New Balance” Azərbaycana qarşı təxribata yol verib.

Belə ki, şirkət rəsmi İnstagram səhifəsində xarici ölkə bayraqları arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını da yerləşdirib.

Maraq üçün bildirək ki, şirkətin Bakı şəhəri Neftçilər prospektində də filialı fəaliyyət göstərir.

Yenicag.az olaraq məsələ ilə bağlı Bakıda yerləşən mağaza ilə əlaqə saxladıq. Telefonumuza özünü mağazanın satış şöbəsinin müdiri kimi təqdim edən Ramin Hüseynli cavab verdi. O, bildirdi ki, filialımız məsələ ilə əlaqədar öz etirazını bildirəcək:

“Bu haqda məlumatım yox idi. Bizim filialımız Türkiyəyə tabedir. Bizə mallar oradan gətirilir. Əgər məsələ belədirsə, biz Azərbaycan vətəndaşı və filial olaraq öz etirazımızı bildirib, aidiyyatı qurumlara məlumat verəcəyik. Bu, bizim siyasi mövqeyimizdir. Ancaq ticarət baxımından baxsaq görərik ki, həm Azərbaycanda, həm də Ermənistanda fəaliyyət göstərən mağazalar çoxdur. Buna görə də şirkətin səhvinə görə, bizi təqsirləndirmək doğru deyil”.
Bu sözləri qeyd etdikdən bir neçə dəqiqə sonra Ramin Hüseynli zəng edərək, mağaza müdirinin bu vəziyyətdən narahat olduğunu və xəbərin yazılmasını istəmədiyini bildirdi.

Görəsən, Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, təxribat aparan brendin Azərbaycanda fəaliyyət göstərməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı bir neçə deputata bu sualla müraciət etdik.

Yenicag.az-a açıqlama verən Çingiz Qənizadə bildirdi ki. əgər şirkət Azərbaycana qarşı qəsdən təxribat törədibsə, Bakıdakı filialın fəaliyyəti dayandırılmalıdır:

“Bu hal həm anlaşılmazlıq, savadsızlıq və ən əsası isə məlumatsızlıqdan irəli gələ, həm də bilərəkdən Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdən törədilmiş təxribat ola bilər. Buna görə də aidiyyatı qurumlar, bu şirkətin Azərbaycanda fəaliyyətinə icazə verən şəxslər öz mövqelərini bildirməlidirlər. Əgər həmin şirkət bu məsələni bilməyərəkdən etdiyini desə, bağışlanan haldır. Amma mövqelərinin üzərində dayanıb, üzr istəməsələr Azərbaycanda fəaliyyət göstərən mağazası dərhal bağlanmalıdır”.

Digər deputat Vahid Əhmədov isə bunu ermənilərin qəsdən törətdiyi təxribat olduğunu deyib:

“Əlbəttə, bu hal yolverilməzdir. Mütəmadi olaraq, Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı törədilmiş təxribatdır. Buna görə də belə bir şirkətin Azərbaycanda fəaliyyətinə icazə verilməməlidir. Əgər onlar qondarma bir respublikanın təbliğatını aparırsa, deməli, qəsdən qərəzli mövqedən çıxış edirlər”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə Azərbaycanda belə bir şirkətin fəaliyyət göstərməsinin doğru olmadığını bildirib:

“Bununla ermənilər çalışır ki. yalanlar söyləyərək öz qondarma respublikalarını təbliğ etsinlər. Vaxtaşırı bu cür halları biz də eşidirik. Əgər hansısa şirkət onların bu təbliğatına inanıb, fəaliyyət göstərirsə, onların fəaliyyəti dayandırılmalıdır. Belə olduğu halda bu, digər şirkətlərə də nümunə olar. Aidiyyatı qurumlar məsələ ilə bağlı araşdırma aparmalı, əgər qəsdən törədilən məsələdirsə, mağazanın fəaliyyətinə son verməlidir”.

Qeyd edək ki, bu barədə ilk xəbər Modern.az saytında yayımlanıb.

Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *