Ağalarovlar Bakıda yeni şirkət yaratdı
Azərbaycanda “Crocus Audit” MMC auditor şirkəti yaradılıb. Şirkət Auditorlar Palatasından 5 illik lisenziya alıb.
Kommersiya hüquqi şəxslərin dövlət reyestrində yeni şirkətin sahibinin adı açıqlanmır. Şirkətin hüquqi ünvanı Araz Ağalarovun Nardarandakı obyekrtlərindən biri - 2012 ildən fəaliyyət göstərən “Sea Breeze Resort & Residences”dir (“Breeze Hotel” MMC).
Bakıda Ağalarovlar ailəsinin bir neçə şirkəti var. Onların birində "Turan"-a deyiblər ki, faktik olaraq iki şirkət fəaliyyət göstərir: tütün məmulatının idxalı və distribusiyası ilə məşğul olan “Crocus ltd” və “European Tobacco-Baku”. İkinciyə nəzarət 2 il öncə “Crocus İnternational”a keçib.
Qeyd edək ki, Vergilər Nazirliyinin məlumatına görə, Bakıda Crocus loqosundan istifadə ilə 2004-2010-cu illərdə “Crocus Construcion”, “Crocus Trading”, “Crocus İnteriors”, “Krokus Azerbaycan”, “Krokus Baki” və “Krokus” şirkətləri yaradılıb.
Mənbə:> Virtualaz.org